Rayon haqqında
İdman
Samux rayon Gənclər və İdman idarəsi 1994-cü ildən fəaliyyət göstərir.İdarə Samux şəhər Heydər Əliyev pospekti 5 ünvanında yerləşir .
1992-ci ildən rayonda Uşaq Gənclər İdman Şahmat məktəbi fəaliyyət göstərir. Məktəbdə cüdo, stolüstü tennis, şahmat bölməsi üzrə 58 qrupda 640 idmançı məşğul olur.
Ağır Atletika İdman Kompleksi 2008-ci ildən rayonda fəaliyyət göstərir. Kompleks trenajor zalı, basketbol meydançası və müasir avadanlıqlarla təchiz edilmişdir.
Bununla bərabər rayonda sərbəst güləş, kikboksinq, karate şotokan, futbol idman növləri də ictimai əsaslarla inkişaf etdirilir.
Yeniyetmə və gənclərin futbol idman növü üzrə məşğul olmaları üçün 18 futbol meydançası vardır. Ümumi rayon ərazisində 20 üstü örtülü idman zalı fəaliyyət göstərir.
Müxtəlif idman növləri üzrə 910 yeniyetmə və gənc idmançı idmanın sirlərinə yiyələnirlər. 2018-2019-cü il ərzində keçirilmiş Azərbaycan Çempionatı və Birinciliklərində rayon idmançıları bir sıra nailiyyətlər əldə etmişlər. Şahmat idman növü üzrə Aytac Məmmədova Azərbaycan birinciliyinin gümüş medalçısı, Kikboksinq idman növü üzrə Elxan Əliyev Azərbaycan çempionu, Sərbəst güləş idman növü üzrə Cəfərov Cəfər dəfələrlə zona birincisi, Ağır Atletika idman növü üzrə Sənan Quliyev Azərbaycan çempionatının ikincisi, Karate şotokan idman növü üzrə Röyal Əliyev Avropa çempionu olmuşdur.
Ünvan Samux şəhəri Heydər Əliyev prospekti 5
Əlaqə: 022-275-14-14