Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Rayonda vacib infrastruktur obyektlər:


500 kv-lıq Samux yarımstansiyası 2011-ci ilin fevral ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən istifadəyə verilmişdir. Yarımstansiya qərb bölgəsinin və Gəncə poladəritmə zavodunun enerji təminatını həyata keçirməklə yanaşı Gürcüstan və Türküyə Respublikalarının enerji təminatında mühüm rol oynayır. Yarımstansiyanın ümumi ərazisi 30 hektar təşkil edir.
Şəmkir-Maşın Kanalı 2007-ci ildə istifadəyə verilmişdir. Kanal rayon ərazisində 20,0 min hektardan çox əkin sahələrinin suvarılmasına imkan verəcəkdir. Hazırda kanala suyun verilməsi qrafik üzrə həyata keçirilir. Tovuz su anbarının tikintisinin başa çatması ilə Şəmkir-Maşın Kanalına daimi olaraq saniyədə 20 kub metr suyun verilməsi təmin ediləcəkdir.
Rayonun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bütün elektrik enerjisi istehlakçıları sayğacla təchiz edilmişdir.
Rayonun 35 yaşayış məntəqəsindən 27 fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur ki, bu da rayon əhalisinin 90 faizinin təbii qazla təmin olunması deməkdir.
Rayonun bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunmuşdur. Rayonda bütün ATS-lər elektronlaşmışdır. Hazırda rayonda ümumi tutumu 8096 olan 14 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 7945 mömrə təşkiı edir. Şəhər əhalisi ADSL sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
Rayon ərazisində 216 km yol şəbəkəsi vardır ki, ondan 8 km-i Respublika əhəmiyyətli, 208 km-i yerli əhəmiyyətli yollardır. Rayon ərazisindən 11,1 km uzunluğunda dəmir yolu keçir, Zazalı və Alabaşlı stansiyaları vardır.


Gələcəkdə görüləcək infrastruktur layihələri:


Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:
- Samux şəhərinin içməli su və kanalizasiya sisteminin qurulması;
- Kür çayı üzərində körpünün salınması;
- Kür çayının alt hissəsində olan 8 yaşayış məntəqəsinin təbii qazla təmin olunması;
- Rayonun qəsəbə və kəndlərində yeni salınmış yaşayış massivlərinə elektrik və qaz xətlərinin çəkilməsi.

Keçidlər