Rayon haqqında
Əhalisi
2023-ci ilin əvvəlinə rayon əhalisinin sayı 58,2 min nəfər olmuşdur ki, ondan da 22,6 min və ya 38,9 faizini şəhər əhalisi, 35,6 min nəfəri və ya 61,1 faizini kənd əhalisi təşkil etmişdir.
Əhalinin ümumi sayından 29,5 min nəfəri və ya 50,7 faizi kişilər, 28,7 min nəfəri və ya 49,3 faizi qadınlardır. 2022-ci il ərzində rayon əhalisinin ümumi artımı 457 nəfər və ya 0,8 faiz artmışdır. İl ərzində 822 nəfər doğum, 450 nəfər ölüm və 85 miqrasiya saldosu qeydə alınmışdır.
Rayonda 1860 nəfər qaçqın, 1637 nəfər məcburi köçkün məskunlaşmışdır.
Əhalinin 2019-cu il siyahıyaalınmasının nəticələrinə görə rayon əhalisinin 98,41 faizini azərbaycanlılar, 0,05 faizini ruslar, 0,35 faizini türklər, 1,08 faizini kürdlər və 0,11 faizini digər millətlər təşkil edir.