Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlər üzrə Samux Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

 

Samux Rayon İcra Hakimiyyəti Başçısının

“24”aprel  2018-ci il tarixli  41 saylı

sərəncamı ilə təsdiq edilmişdir. 


Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında
işlər üzrə Samux Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin 
S İ Y A H I S I

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Samux Rayon İcra Hakimiyyəti (bundan sonra - Rayon İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Samux Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyəti başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri.
2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri.
3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri,
4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri.

5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri.
6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavin- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri.
7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:
7.1. Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri;
7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, Hüquq şöbəsinin müdiri. 
8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçının müavinləri, Hüquq şöbəsinin müdiri;
8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, Hüquq şöbəsinin müdiri.

Keçidlər