İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1954-1965-ci illərdə Çaylı kənd orta məktəbində təhsil almışdır.
1965-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olmuş, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik - mühəndisi ixtisasına yiyələnmişdir.
Əmək fəaiyyətinə 1966-cı ildə Bakı Radio zavodunda elektrik montyoru kimi başlamışdır.1968-1992-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsində elektrik montyoru, sex rəisi, Bakı şəhəri Sunasos Stansiyaları və Su Anbarları idarəsinin baş mühəndisi və sonra həmin idarənin rəisi vəzifələrdə çalışmış, 1992-1997-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsinin rəisi vəzifəsində işləmişdir .
1974-75-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1997-2000-ci illərdə Abşeron Regional Su Cəmiyyətinin vitse-prezidenti , 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru, 2004-2005-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifələrində işləmişdir.
06.04.2005-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı Sərəncamı ilə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir.Üç övladı , yeddi nəvəsi var.