Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirmişdir.

1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olmuşdur. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləmişdir.

2004-2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışmışdır.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı və Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

2023-cü ilin mart ayından 25 oktyabr 2023-cü il tarixindək ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləmişdir.

25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 4138 saylı Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilibdir.
Ailəlidir, 2 övladı var.




Keçidlər