Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 


2019-cu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı görülmüş işlərin təhlili və proqnozları göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası cari ildə də davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və  abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır.
Bu rayonun əsas statistik göstəricilərində də öz əksini tapmışdır. Belə ki,
- ümumi məhsul buraxılışının həcmi 1,5 faiz az  sənaye  22,7 faiz az.
- kənd təsərrüfatı məhsullarının həcmi 10,7 faiz artma
- pərakəndə əmtəə dövriyyəsi 0,3 faiz artma
- Tikinti 53,8 faiz az
- Əsas kapitala yönəldilmiş investisiya 50,6 faiz azalmışdır.
İlk növbədə qeyd etməliyəm ki, ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması, ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmiş və 599-u daimi olmaqla 925 yeni iş yeri yaradılmışdır.
Tikinti-quruculuq işləri davam etdirilmişdir. 9 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri başa çatmaq üzrədir.
Samux  rayonunun  Samux – Füzuli - Lək – Əlibayramlı – Qarabağlar - Çobanabdallı-Samux avtomobil yolunun tikintisi uğurla başa çatmış, Gəncə çayı üzərində körpü inşa edilmişdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC ,  “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  ümumi sahəsi 65,6 hektardan çox olan  110-a yaxın istixana fəaliyyət göstərir. Bu istixanalarda 4264,8  tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.

Qeyd etməliyəm ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- Qarşımızda duran ən vacib məsələlərdən  birincisi ölkə başçısı tərəfindən ölkəmizdə  kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya layiqincə cavab vermək,  bu imkandan maksimum yararlanaraq rayon  iqtsadiyyatının əsasını təşkil edən  kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsidir.
      Bu istiqamətdə artıq ilkin naliyyətimiz var, 2019-cu ildə 19343,1 ton buğda yığılmışdır ki, ötən ildəkinə nisbətən 16,7  faiz az əldə olunmuşdur. Bu il ötən ildəkinə nisbətən 29,8 faiz az şəkər çuğunduru, 16,2 az günəbaxan əkilmişdir.
Şəmkir-Maşın kanalına daimi suyun verilməsi də bu sahədə işlərimizə müsbət təsir edən amildir

Keçidlər