2017-ci ilin əvvəlinə rayon əhalisinin sayı 57.3 min nəfər olmuşdur ki,ondan da 21.8 min və ya 38.0 faizini şəhər əhalisi, 35.5 min nəfəri və ya 62,0 faizini kənd əhalisi təşkil etmişdir. Əhalinin ümumi sayından 28.4 min nəfəri və ya 49,6 faizi kişilər,28.9 min nəfəri və ya 50,4 faizi qadınlardır.2014-cu ildə rayon əhalisi 437 nəfər və ya 1.8 faiz artmışdır.İl ərzində 696 nəfər doğulmuş, 395 nəfər ölüm qeydə alınmışdır.
Rayonda 1860nəfər qaçqın,1855 nəfər məcburi köçkün məskunlaşmışdır.
Əhalinin son siyahıyaalınmasına görə rayon əhalisinin 97,88 faizini azərbaycanlılar,0,07 faizini ruslar,0,54 faizini türklər,1,40 faizini kürdlər və 0,11 faizini digər millətlər təşkil edir