Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda su və meliorasiya işçiləri peşə bayramlarını qeyd etdilər.

06 iyun 2017 | 16:00

Samux rayon Suvarma Sistemləri İdarəsinin kollektivi rayonda normal fəaliyyət üçün yaradılan şəraitdən danışıblar. 30 min hektara yaxın əkin sahəsinin  suvarılması üçün 25 su nasos stansiyası, 500 subartezian quyusu tam işlək vəziyyətdədir. Nəticədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında nəzərdə tutulan göstəricilərdə artım qeydə alınıb. Ötən il ölkə prezidentinin sərəncamı ilə 11 subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu il isə daha beş quyunun qazılması istiqamətində iş aparılır. Çıxış edənlər bir neçə gün əvvəl su təsərrüfatı işçilərinin orden və medallarla təltif olunmasını ölkə rəhbərinin melioratorlara növbəti qayğı və diqqəti kimi dəyərləndiriblər. Tədbirdə fəal su təsərrüfatı işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim olunub.

Keçidlər