Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Mini futbol" yarışı sona çatıb.

09 may 2017 | 16:00

May ayının 1-dən etibarən Samux rayon Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Samux rayon komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Mini futbol” idman növü üzrə Samux rayon ümumi təhsil məktəbləri arasında rayon birinciliyi başa çatıb.
10 tam orta məktəbi təmsil edən komandanın iştirak etdiyi yarışda keçirilmiş oyunların nəticəsində bütün rəqimlərinə qalib gələrək final mərhələsinə vəsiqə qazanmış Qarabağlar kənd tam orta məktəbin komandası, finalda Sərkar kənd tam orta məktəbin təmsilçilərini məğlub edib və keçirilmiş yarışın qalibi olublar.
Qeyd edək ki, yarışın sonunda Qarabağlar kənd tam orta məktəbin komandası I, Sərkar kənd tam orta məktəbin komandası II, Alıuşağı kənd tam orta məktəbin komandası III yerə layiq görülərək kubok, medal və diplomlarla təltif ediliblər.

Keçidlər