Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Gənclər və İdman Nazirliyi və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dölət Komissiyası ilə birgə hazırlanmış “Həyatla Oyun” adlı tamaşası nümayiş olundu

25 oktyabr 2016 | 16:00

25 oktyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının konfrans zalında sağlam həyat tərzinin yeni üsullarla təbliğ edilməsi məqsədilə Samux rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə " Həyatla oyun " adlı teatr tamaşası nümayiş olundu. Layihəni həyata keçirməkdə əsas məqsəd gəncləri narkotik və narkotik vasitələrdən çəkindirmək, QİÇS haqqında məlumat , onunla mübarizə və ondan qorunmaq üsulları , ümumilikdə gəncləri zərərli vərdişlərdən çəkindirmək və maksimum dərəcədə təhsilləndirmək və bilgiləndirmək idi. Tamaşada narkotik vasitələrdən istifadənin fəsadları və acı nəticələri gözlər önünə sərildi.

Keçidlər