Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “18 avqust- Sərhəd Qoşunları Günü” Münasibəti ilə tədbir keçirildi.

18 avqust 2016 | 16:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı, Samux rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə 18 avqust Sərhəd Qoşunları Günü münasibəti ilə Samux rayon Burunqovaq kəndi ərazisində yerləşən N saylı sərhəd zastavasında zabit və əsgər heyyəti ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan zastava komandiri əsgərlərə daim diqqət və qayğı göstərdiyi üçün təşkilatçılara təşəkkür etdi. Daha sonra Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin  və Samux rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri öz növbələrində bütün zabit və əsgər heyyətini bu gün münasibəti ilə təbrik etdi. Samux rayon Mədəniyyət və Turizm Şöbəsi ansabılının müşayəti altında keçən görüşdə rəqs yarışı keçirildi. Qalib əsgərlər Samux rayon Gənclər və İdman İdarəsi tərəfindən gətirilmiş müxtəlif idman ləvazimatları ilə təltif olundular.

Keçidlər