Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş “Açıq Qapı” günləri və “Muzeylər və multikultural dəyərlər” adlı silsilə tədbir keçirilmişdir.

25 may 2016 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş  “Açıq Qapı” günləri və “Muzeylər və multikultural dəyərlər” adlı silsilə  tədbirlər keçirilmişdir.
Samux rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş “Muzeylər və multikultural dəyərlər” adlı silsilə  tədbirlər keçirilmişdir.  Tədbir Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Mədəniyyət və Turizm  Şöbəsinin dəstəyi ilə təşkil olundu.
  Tədbiri giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin  direktoru Aygün Həsənzadə açaraq hər il keçirilən tədbirin məqsədi və “Beynəlxalq Muzeylər Günü” haqqında danışmış, Azərbaycanda da muzeylərin yaranma tarixindən, dünəni və bu günündən ətraflı söz açmışdır. Eləcə də,  ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayon muzeylərində görülən və nəzərdə tutulan işlər barədə söz açmışdır.
Tədbirdə Samux  Rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova, Samux  Rayon Mədəniyyət və Turizm Şöbəsinin nümayəndəsi Şəhla Abdullayeva, Gəncə Dövlət Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Bayramova və digər Tədbirdə muzey işçiləri ilə yanaşı, rayon ziyalıları, yerli media nümayəndələri, məktəblilər və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən qonaq Gəncə Dövlət Universitetinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Bayramova  qeyd etdi ki, hazırkı dövrdə dövlət siaysətində prioritet məsələlərindən biri də Azərbaycanda muzey işinin  inkişafı və muzeylərin zənginləşməsi, Azərbaycan dəyərlərinin dünyaya tanıtımı olmuşdur. Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri,  ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin  sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək məqsədi daşıyır.
Sonra Samux Rayon İcra Hakimiyyət Başçısı tərəfindən Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və  digər əməkdaşları  Fəxri Fərmanla mükafatlandırıldı.
Tədbirdə müntəzəm olaraq mərkəzlə əməkdaşlıq edən idarə təşkilatlar və könüllü gənclər Samux Rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşəkkürnamələr təqdim olundu.
Eyni zamanda 18-22 may tarixlərində rayon muzeylərində “Açıq Qapı” günü elan olunmuş və rayon sakinlərinin yüksək səviyyədə ekskursiyası təşkil edulmişdir.

Keçidlər