Şriftin ölçüsü :

Saytın rəngi :

"Dəmir Yumruq" başlığı altında məktəblər arasında Qol Güləşi üzrə Samux rayon açıq birinciliyi keçirildi.

04 noyabr 2021 | 16:00

04 noyabr 2021ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi,  Gənclər və idman idarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan  Partiyasının Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Vətən Müharibəsi iştirakçıları və Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Dəmir Yumruq" başlığı altında məktəblər arasında Qol Güləşi üzrə Samux rayon açıq birinciliyi keçirildi. Yarışma Yeni Azərbaycan Partiyasının binasının qarşısında təşkil olunmuşdur. 23 komandanın iştirak etdiyi yarışmada hər komandada 3 nəfər olmaqla 5 çəki dərəcəsində güclərini sınadılar. Çəki dərəcələri 40-45, 50-55, 60-66, 70-75 və 80+   nəzərdə tutulmuşdur. Qalib gələn hər bir pəhləvan diplomla təltif olundu.
Qeyd etmək istərdik ki, Zəfər Günü münasibəti ilə keçirilən silsilə tədbirlərin qaliblərini həmçinin bu yarışda 1-ci yerin qaliblərinin Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunacaq.
5 çəki üzrə 1-ci yeri qazanımş idmançılarımızı təqdim edirik.
1. Ələsgərov Nizami  Sərkar kənd tam orta məktəb.
2. Nurməmmədov Camal. Qarağac tam orta məktəb.
3. Rizmanov Məhəmməd. İnstitut qəsəbəsi
4. İbrahimov Seyxan. Lək tam orta məktəb
5. Əsədov Asim. Sərkar kənd tam orta məktəb

Keçidlər