Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhid ailələri mütəmadi ziyarət olunurlar.

04 oktyabr 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhid ailələri mütəmadi ziyarət olunurlar.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olan  Vətən müharibəsi şəhidi Hümbətov Ruslan Səlim oğlunun ailəsi ziyarət edildi. Samux Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbirdə şəhidin keçdiyi şərəfli döyüş yolundan, həyatından söhbət açıldı. Hümbətov Ruslan Səlim oğlu 20 may 1987-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində doğulub. Gəncə şəhər 17 saylı orta məktəbdə təhsil alıb. 2005-ci ildə məktəbi bitirib. 2006-cı ildə Daxili İşlər Nazirliyinin nəzdindəki n saylı kəşfiyyat taborunda snayperçi kimi xidmətə başlayıb. İngilis, rus, gürcü, ərəb və alman dillərində sərbəst danışmağı  bacarırdı. Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsi zamanı  Kəlbəcər, Suqovuşan, Cəbrayıl, Füzuli, Hadrut və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şücaətə görə", "Füzulinin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı,  "Qüsursuz xidmətə görə" medalı və başqa medallarla təltif edilib. Xidmət illərində ABŞ, Fransa, Gürcüstan və bir neçə ölkədə xüsusi kurs keçib.  Evli idi. 2 övladı var idi. Allah bütün şəhidlərimizə  rəhmət eləsin.

Keçidlər