Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda barama tədarükü başa çatıb

22 iyun 2021 | 16:00

Son illər ölkə Prezidentinin müvafiq tarixli Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası sayəsində bölgələrdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.
Dövlət başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Samux da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda yeni sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Bu il samuxlu kümçülər tərəfindən ikinci ildir ki, ipəkqurdu bəslənilirdi. Cari mövsümdə 2,0 ton yaş barama istehsalı nəzərdə tutulmuşdu ki, qeyd edilən proqnoz artıqlaması ilə ödənilib. Belə ki, Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 50 qutu barama qurdunu yetişdirən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışaraq artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 2022 kq barama məhsulu tədarük olunub.
Qeyd edək ki, Samux Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

Keçidlər