Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 15 İyun-Qurtuluş günü münasibətilə şahmat turniri keçirildi

14 iyun 2021 | 16:00

15 İyun Qurtuluş günü  münasibətilə YAP Samux rayon təşkilatının və  rayon Təhsil Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq 11 İyun  2021-ci il tarixdə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turniri keçirildi. Yarışlar onlayn qaydada təşkil edilmişdir.
14 İyun 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şahmat  turnirin nəticələrinə görə məktəblilərə diplomlar təqdim etmişdir. Belə ki, A qrupunda I yeri Aytac Məmmədova, II yeri Sübhan Tağızadə,III yeri Xudu Əlizadə; B qrupunda I yeri Ömər İmamquliyev, II yeri Tariyel Əhmədov,III yeri İnci Əliyeva tutmuşdur. Şahmat turnirində fərqləndiyinə görə Rabil İmamquliyev, Can Əsədov, Səməndər Vəliyev və Elmir Qəhrəmanov  da diplomlara layiq görülmüşlər.

Keçidlər