Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

02 iyun 2021 | 01:00

Pandemiya xəstəliyi ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Regionlarında olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, bu işlərin davamı kimi Samux şəhəri İmadəddin Nəsimi  küçəsində 420 metr uzunluğunda 5 metr enində və sahəsi 2100 kv.metr olan yola yeni  asfalt örtüyü salınmışdır. Küçəyə ümumilikdə 500 tondan artıq asfalt verilmişdir. Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev görülən işlərlə yaxından tanış olmuş və şəhər sakinlərinin qayğıları ilə maraqlanmışdır.

Keçidlər