Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Beynəlxalq ailə günü" ilə əlaqədar olaraq "Vətən uğrunda " mövzusunda onlayn konfrans keçirildi.

03 may 2021 | 16:00

Samux və Göygöl Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 1-15 may "Beynəlxalq ailə günü" ilə əlaqədar olaraq "Vətən uğrunda " mövzusunda onlayn konfrans keçirildi.
Tədbirdə Samux rayonundan ll Qarabağ savaşı qazisi Elnur Mahmudov, Göygöl rayonundan l Qarabağ savaşı qazisi Araz Abbasov, Samux rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Rüstəmova Tutu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri birliyinin Samux rayon filialının sədri Orucov Mirzəmməd, Samux şəhər 2 saylı məktəbin direktoru Cəfərova Əminə həmçinin Samux şəhər 2 saylı tam orta məktəbin şagirdləri, Göygöl şəhərindən məktəblilər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova həmçinin digər qonaqlar mövzu ətrafında geniş çıxış etdilər. Uşaqlara çatdırıldı ki, Vətən sevgisi məhz ailədən başlayır. Bu cür igid oğulları ailədə anaları, digər ailə üzvləri ürəklərinə Vətən sevgsi toxumunu əkirlər.
Samux şəhər 2 saylı məktəbin şagirdləri, Göygöldən şagird Hüseyn Rüstəmli mövzu ilə əlaqədar fikirlərini səsləndirdilər. Samux şəhər 2 saylı məktəbin şagirdi Verdiyeva Zeynəb şəhidlərə həsr etdiyi şeirini söylədi. Tədbir diskussiya şəklində davam etdirildi və qazilər uşaqların suallarını cavablandırdı. Qazilərin xatirələri dinlənildi. 44 günlük savaşda qazanılmış Qələbədə mərd oğullarımızın göstərdikləri şücaətin canlı şahidi olmuş qazilərimizin danışdıqları hər kəsin yaddaşında əbədi həkk edildi. Sonda bütün Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı arzulandı.

Keçidlər