Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailəsi ziyarət olundu

19 aprel 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən şəhidin valideynlərini ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıldı. Hümbətov Nurəddin İlqar oğlu 26 dekabr 1998-ci il tarixdə Samux şəhərində anadan olub. 09 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Kəlbəcər, Suqovuşan, Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Evin tək övladı idi. Şəhid haqqında öz xatirələrini danışan valideynləri, dostları, yaxınları və onu tanıyan hər kəs Nurəddin Hümbətovu mərd, qorxmaz insan kimi tanıdıqlarını söyləyirlər. Əlavə məlumat üçün bildirək ki, Nurəddin Hümbətov orta məktəbdə son zəng zamanı kameralar qarşısında özünə şəhidlik arzulayan vətənpərvər insan kimi yaddaşlara yazılıb. 44 günlük Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edən Hümbətov Nurəddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər