Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə rəsm sərgisi təşkil edilib.

26 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə daxil olan ümumi təhsil məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Samux RTŞ və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Samux Rayon İcra Hakimiyyətinin müavini Kəmalə xanım Xəlilova və əməkdaşları, Samux RTŞ müdiri Nurlana xanım Həsənova və şöbənin əməkdaşları və Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Sərginin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilərarasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Keçidlər