Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

25 fevral 2021 | 16:00

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar ilə əlaqədar olaraq Samux Rayon Təhsil Şöbəsində videokonfrans keçirilib.
Videokonfransda Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım Həsənova və əməkdaşları, ümumi təhsil məktəblərinin rəhbərləri və şagirdləri iştirak edib.
Tədbirin əvvəlində Xocalı soyqırımına həsr olunmuş video - çarx nümayiş olunub və  Xocalı soyqırımında həlak olanların xatirəsi 1  dəqiqəlik sükutla yad edilib.
“Xocalı faciəsi xalqımıza qarşı soyqırımdır” mövzusu ətrafında çıxış edən konfrans iştirakçıları Xocalı soyqırımında mənfur düşmənin günahsız insanların başlarına gətirilən dəhşətli faciələrdən danışdılar. Qeyd olundu ki, bu dəhşətlər 29 ildir insanların beynində silinməz və bağışlanmaz  izlər buraxmışdır. Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz cəsurcasına 44 günlük Vətən müharibəsini zəfərlə başa  vuraraq  düşmənə  layiqli cavabını vermiş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Bu qələbə ilə ürəyimizdə olan Vətən niskilinə son qoyulmuş və Xocalı üzərində Azərbaycanın suverenliyi bərqərar olunmuşdur.
Tədbirin gedişatında rayon ümumi təhsil  məktəblərinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.
Videokonfransın sonunda Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım Həsənova çıxış edərək bildirdi ki, Xocalı faciəsi erməni valdallığının bariz nümunəsidir. Biz bu vandallığa biganə qalmamalı və gələcək nəslə erməni vəhşiliyini tanıtmalıyıq.

Keçidlər