Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda vaksinasiya işləri uğula davam etdirilir.

16 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə olduğu kimi Samux rayonunda da koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam edir. Hazırda 65 yaş və ondan yuxarı olan və risk qrupuna daxil edilən insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir. Samux rayon Mərkəzi xəstəxanasında bu məqsədlə xüsusi sahə ayrılmış və könüllülük əsasında vaksinləşmə işi aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev də vaksin olunmuşdur. Vaksin vurulduqdan sonra heç bir əks təsirinin olmadığını vurğulayaraq rayon sakinlərinə vaksinləşmə prosesində aktiv olmalarını tövsiyə etmişdir.

Keçidlər