Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məhsul buraxılışının 55 faizi kənd təsərrüfatının payına düşür

11 fevral 2021 | 16:00

Ötən ildə Samux rayonu üzrə məhsul buraxılışının həcmi 176248,4 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 19344,2 min manat və ya 12,3 faiz çoxdur.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buraxılan məhsulun 96154,2 min manatı və ya 54,6 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb.
Məhsul buraxılışının həcmi sənaye üzrə 3,7 faiz, tikinti üzrə 21,6 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1 faiz, informasiya və rabitə üzrə 0,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 18,6 faiz təşkil edib.
Samux, 10 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər