Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında partiyanın yaranmasının 28 illiyinə həsr olunmuş videokonfrans keçirilib

26 noyabr 2020 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 28 illiyinə həsr olunmuş videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Vətən müharibəsində qazanılan böyük qələbə münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir: “Bu qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Partiyanın 28 illiyi də ölkəmizin hər yerində olduğu kimi, Samuxda da yüksək təntənə ilə qeyd olunur”.
G.Bayramov deyib ki, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir.
YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov gənclərin Azərbaycan cəmiyyətinin hərəkətverici qüvvəsi olduğunu, Samux gənclərinin də ölkə başçısı, partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin ərazi bütövlüyü, tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, rayonun çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərdiklərini bildirib.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova bu möhtəşəm qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsinin başlayacağını vurğulayıb.
Daha sonra YAP Samux rayon təşkilatının sədr müavini Şəmistan Yusifov və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır.
MÜŞFİQƏ

Keçidlər