Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

17 sentyabr 2020 | 16:00

Pandemiya xəstəliyi ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər durmadan artır. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində regionlarda abadlıq-quruculuq işləri uğurla davam edir. Regionlarında olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, Samux şəhəri Gənclik küçəsində 700 metr uzunluğunda 6 metr enində və sahəsi 4200 kv.metr olan yola yeni  asfalt örtüyü salınmışdır. Bununla yanaşı şəhərin Nəbiağalı yaşayış massivində bütün küçələrə yeni su xətti çəkilərək 1800 abonentin daimi içməli su təminatı tam təmin edilmişdir.

Keçidlər