Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə reydlər keçirilir.

09 iyul 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi və əhali arasında təbliğat işlərinin aparılması məqsədi ilə reydlər keçirilib.
Aparılan monitorinqlər zamanı koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icra səviyyəsi yoxlanılmışdır. Reyd zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək, əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə tövsiyyələr verilib.

Keçidlər