Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakmiyyəti başçısı yanında operativ qərargahın növbəti iclası keçirildi

02 iyul 2020 | 16:00

Samux rayonu ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vəziyyəti ilə bağlı rayon RİH başçısı yanında yaradılmış operativ qərargahın növbəti iclası keçirilib.
İclasda operativ qərargahın yeni üzvləri Samux Rayon Prokuroru Mayıl Hacıyev və Dövlət Təhlükəsizlik Xidmətinin Samux Rayon şöbəsinin rəisi Heydər Abıyev qərargah üzvlərinə təqdim edildi. Daha sonra Samuxda fəaliyyət göstərən bütün idarə, müəssisə təşkilatların fəaliyyəti  karantin rejiminin qaydalarına uyğunlaşdırılıb. Fəaliyyətinə icazə verilən sahibkar obyektlərinin karantin rejimi qaydalarına uyğun olaraq işləməsi təmin olunub.
Rayon İcra Hakimiyyətində bütün yaşayış məntəqələri üzrə təşkil olunmuş mobil qruplar vasitəsilə xüsusi karantin rejiminin qaydaları ilə bağlı əhali arasında geniş maarifləndirici və izahedici tədbirlər aparılır. Karantin rejimi qaydalarını pozmadan yay-tarla işləri davam etdirilir.
Koronavirus infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə yaşayış məntəqələrində, ictimai yerlərdə, küçələrdə, inzibati binalarda, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və girişlərində, ictimai nəqliyyat vastələrində, dayanacaqlarda və bankomatların ətraflarında, parklarda və xiyabanlarda davamlı olaraq dezinfeksiya, sanitar-profilaktika işləri aparılır.
Rayonda 65 yaşdan yuxarı tənha və ahıl insanların siyahısı müəyyənləşdirilmiş və onlara evlərində xüsusi qayğının göstərilməsi təşkil edilir.
Yerlərdə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, İƏD  üzrə nümayəndələrin hər bir ailəyə fərdi qaydada yanaşması və özünütəcridlə bağlı izahedici işlərin aparılması, onların sosial ehtiyaclarının öyrənilməsi ilə bağlı tapşırıqlar verilib.
Cənab Prezidentin ölkəmizdə əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə vətəndaşların məlumatlandırılması və onların bu dövlət qayğısından yararlanmasına kömək göstərilməsi diqqətə çatdırılıb.
İclasın sonunda xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunması, hər bir məsələyə xüsusi həssaslıqla yanaşılması, yüksək məsuliyyət  nümayiş etdirilməsi tələb olunmuşdur.

Keçidlər