Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son tapşırıq və göstərişlərinin icrası ilə bağlı növbəti videomüşavirə keçirilmişdir

15 may 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirmişdir.
Videomüşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı tapşırıqları haqqında məlumat verərək qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarının narazı salmağa yönəlmiş neqativ halların hələdə təkrarlanması faktlarında müşahidə olunmuşdur. Bu cür əməllərə son qoylması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağrışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini  bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq şəkildə bildirmişdir.
13 may 2020-ci il tarixdə cənab Prezidentin Fəmanı ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilmişdir. Bu qaydalar işimizi yeni yanaşmalarla qurmağımızı tələb edir. Əhali ilə ən yaxın təmasda olan dövlət qulluqçuları kimi ərazi icra nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Fəaliyyətimizdə şəffaflıq, obyektivlik, ədalət olmalı, bütün hərəkətlərimiz hüquqi qaydalara söykənməlidir. Biz hamımız cənab Prezidentin tələbləri səviyyəsində işləməyə borcluyuq. Əsas vəzifəmiz insanlara xidmət göstərmək, onlarda məmnunluq hissi yaratmaq olmalıdır.
Videomüşavirədə Samux şəhəri, Qarayeri, Alabaşlı qəsəbə, Ziyadlı və Alıuşağı  kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin məlumatları dinlənilmiş, müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər