Şriftin ölçüsü :

Saytın rəngi :

9 May faşizm üzərində Qələbə günüdür

09 may 2020 | 16:00

Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün keçmiş SSRİ-nin qələbəsi ilə başa çatmış və faşizm süqut etmişdir. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır.
İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır.
Böyük Vətən Müharibəsi illərində müxtəlif cəbhələrdə fədakarlıq nümayiş etdirən 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüş,   170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Qəhrəman azərbaycanlılar bir çox Avropa ölkələrinin faşizmdən azad olunmasında da yaxından iştirak etmişlər.
Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Keçidlər