Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda heyvandarlıq inkişaf etdirilir

08 fevral 2020 | 16:00

2020-ci ilin əvvəlinə rayonun təsərrüfatlarında 23572 baş iri buynuzlu mal-qara, 139946  baş qoyun və keçilər mövcud olmuşdur.
      İri buynuzl mal-qaranın 671 başı kənd təsərrüfatı müəssisələrində, 22901 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 16453 başı kənd təsərrüfatı müəssisələrində, 123493 başı isə əhali təsərrüfatlarında olmuşdur.
       Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 2,7 faiz artaraq 5739 ton, süd istehsalı 1,9 faiz artaraq 31358  ton, yumurta istehsalı 13,7 faiz artaraq 7435 min ədəd, yun istehsalı isə 260,5 ton olmuşdur.
       Kənd təsərrüfatı məhsullarının istehsal həcmi  89392,5 min manat olmuşdur ki, bunun  da 45485,8 min manatını və ya 50,9 faizini heyvandarlıq məhsulları təşkil edir.

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər