Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda üzüm istehsalı 11625 ton olmuşdur

30 yanvar 2020 | 16:00

Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağları  232 hektar olduğu halda, son 16 ildə 4,4 dəfə artaraq   1025  hektara çatmışdır.  Hal-hazırda rayonda 937 hektar bar verən yaşda üzüm bağları mövcuddur. Üzüm bağlarının 488 hektarı süfrə üzümü, 537 hektarı isə şərab üzümüdür. 2019-cu ildə  sahələrdən 11625 ton üzüm yığılaraq satışa  verilmişdir. Üzüm istehsalının 11 tonu dövlət, 3774 tonu qeyri-dövlət, 7840 tonu isə əhali təsərrüfatlarında olmuşdur. Üzüm istehsalı ötən ilə nisbətən 2005 ton və ya 20,8 faiz çoxdur.
       Üzümçülük kənd təsərrüfatında ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə həm də əhalinin məşğulluq probleminin həllində mühüm rola malikdir.  

          
                 Samux Rayon Statistika İdarəsi

Keçidlər