Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Köbər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

24 dekabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Köbər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köbər kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Qurbanov  Fazil  İslam oğlu vətəndaşlar  tərəfindən quraşdırlmış  su nasosunun Samux rayon Suvarma Sistemləri İdarəsinin  balansına  keçirilməsini xahiş etdi .
2. Abdullayev Cəmil Abbas oğlu pay torpaq sahəsi  su kanalının səviyəsindən yuxarı  olduğu  üçün  suvarılmasında çətinliyin olduğunu bildirdi və  köməklik  edilməsini  xahiş etdi.
3. Cəfərova  Gülnar Teymur  qızı Köbər kənd tam orta məktəbin gələcəkdə  cari təmir edilməsinə köməklik  edilməsini  xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər