Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə 2020-ci ilin məhsulu üçün taxıl əkini

18 dekabr 2019 | 16:00

Kənd təsərrüfatı və ümumilikdə aqrar sahə iqtisadiyyatın ən mühüm və strateji sahələrindən biri hesab olunur. Məlum olduğu kimi kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir.
     Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, yeni infrastruktur layihələrin həyata keçirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyildir.
       Kənd təsərrüfatı, neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.
    Regionların sosial-iqtisadı inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi Samux rayonunda da müvəffəqiyyətlə həyata keçirilir
       Samux  rayonunda  iqtisadiyyatın  əsasını  kənd  təsərrüfatı  və     heyvandarlıq məhsullarının istehsalı təşkil  edir. Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  görülmüş  bir  sıra  tədbirlər  kənd  təsərrüfatının  müvəffəqiyyətlə  inkişaf  etdirilməsini  təmin  etmişdir.  Artıq  kəndli  öz  torpağının  həqiqi  sahibinə   çevrilmişdir  ki,  bu  da  onların  öz  torpaqlarından  daha  da   səmərəli  istifadə  etməyə  imkan  yaratmışdır.                                                            
     Kənd təsərrüfatının əsas sahəlırindən biri də bitkiçilikdir.
Belə ki, bitkiçilik sahəsinə daxil olan taxılçılıq bütün kənd kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin taxıl və taxıl məhsullarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılığın inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.
   Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir.
    Taxıl istehsalının artırılmasının əsas yolları əkin dövriyyəsinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının , optimal səpin müddəti və normalarının, yeni intensiv sortların tətbiqindən, keyfiyyətli toxumlardan istifadə edilməsindən, əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə edilməsindən ibarətdir.
    Əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılması, eyni zamanda  suvarılmasının təmin edilməsidir.  
   Samux rayonunda payız-tarla işləri davam edir.
  Bütün təsərrüfat kateqoriyaları daxil olmaqla  2020-ci  ilin  məhsulu  üçün 01.12.2019-cu il tarixinə rayon üzrə 12437  hektar  sahədə şum qaldırılmış,  9092,5 hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl səpini aparılmışdır. Aparılmış payızlıq taxil səpininin  8394,5 hektarı və yaxud 92,3 faizi dən , 698 hektarı və yaxud 7,7 faizi yaşıl yem məqsədi ilə əkilmişdir.
   Dən üçün aparılmış payızlıq taxıl səpininin 5342,2 hektarı və yaxud 63,6 faizi buğda, 3052,3 hektarı və yaxud 36,4 faizi dən üçün arpa olmuşdur.
    Əvvəlki ilin müvafiq dövründə isə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla rayon üzrə 12022 hektar sahədə  şum qaldırılmış, 6229 hektar  sahədə dən və yaşıl yem üçün payızlıq taxıl səpini aparılmışdır.
    Əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə şum 415 hektar və yaxud 3,5 faiz, dən və yaşıl yem üçün payızlıq taxıl səpini isə 2863,5 hektar və yaxud 45,9 faiz çox aparılmışdır.  Bundan buğda 2486,2 hektar və yaxud 87,1 faiz, dən üçün arpa 344,3 hektar və yaxud 12,7 faiz , xəsil  isə 33 hektar  və yaxud 4,9 faiz çox səpilmişdir.        

    2020- ci ilin məhsulu üçün aparılmış dən və yaşıl yem üçün payızlıq taxıl səpininin 230,5 hektarı və yaxud 2,5 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 4322 hektarı və yaxud 47,5 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 4540 hektarı və yaxud 50,0 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.      
Keçən ilin müvafiq dövrü ilə müqayisədə dən və yaşıl yem üçün payızlıq taxıl səpini dövlət kənd təsərrüfatı müəssisələri üzrə  76,5 hektar və yaxud 49,7 faiz, fərdi sahibkar, ailə kəndlı və ev təsərrüfatları üzrə  421 hektar və yaxud 10,2 faiz, qeyri-dövlət kənd təsərrüfatı müəssisələri üzrə isə 2366 hektar və yaxud 2,2 dəfə çox  aparılmışdır.
    Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbə il artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir.
    Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur.
     Rayonda yeni yaradılan  sahibkarlıq subyektlərini buna bariz nümunə göstərmək olar.       


   

Samux Rayon Statistika İdarəsi

Keçidlər