Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirildi

06 dekabr 2019 | 16:00

Cənab prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Sərəncamda qeyd edilib ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb.Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Samux  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
06 dekabr 2019-cu il tarixdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Samux  rayonunda 6500-dən artıq müxtəlif növ ağac əkilmişdir.  Ağacəkmə aksiyasında RİH-nin, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumilikdə aksiyada 2000 nəfər iştirak etmişdir.
      Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Samux rayonu da bu aksiyadan kənarda qalmamışdır. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, əkilmiş tinglərə və yeni əkilən ağaclara aqrotexniki qulluq göstərmişlər. Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcəkdir.
   
Qeyd edək ki, bu təşəbbüs ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da böyük minnətdarlıqla qarşılanıb.

 

Keçidlər