Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda " 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü" təntənə ilə qeyd edilir.

17 oktyabr 2019 | 16:00

“Müstəqillik-dünənimiz, bu günümüz, sabahımız” şüarı altında Çobanabdallı-İnstitut yolu ərazisində gənclərin iştirakı ilə ağacəkmə kompaniyası təşkil edildi. Ağacəkmə kompaniyasında 400 qədər gənc iştirak etdi.Tədbiri təşkil etməkdə məqsəd "18 Oktyabr - Dövlət Müstəqilliyi Günü" nün təntənəli şəkildə qeyd edilməsi, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, ekoloji maarifləndirmə, təbiətin yaşıllaşdırılmasında gənclərinin rolunun artırılmasıdır.  Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Mədəniyyət Şöbəsi,  rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatlar , gənclər iştirak etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev " 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü" münasibətilə hər kəsi təbrik edərək gənclərin belə tədbirlərdə aktiv iştirak etmələrinin yaxşı hal olduğunu söylədi.Daha sonra gənclərlə birgə ağac əkdi.  Ağacəkmə kompaniyasında çoxsaylı şam tingləri ilə yanaşı akasiya ağacları da əkildi. Gənclər tədbirdə fəal iştirak etdilər.

Keçidlər