Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Mənəvi dəyərlər və vətən sevgisi” mövzusunda seminar-treninq keçirilib

20 sentyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samuxda “Mənəvi dəyərlər və vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının Alabaşlı qəsəbə İƏD-si üzrə icra nümayəndəsi Qütbəddin Ələkbərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından vətənpərvərliyin artırılmasından ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.
Həmçinin Samux rayonunun axundu İlham Məmmədov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Keçidlər