Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Oxu bayramı” və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları altında geniş tədbir keçirildi.

13 may 2019 | 16:00

13.05.2019-cu il tarixdə Samux rayon Mərkəzi Kitabxana Sistemində “ Oxu bayramı”və  “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları  altında geniş tədbir keçirildi. Tədbirdə Samux rayon İcra Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə xanım Xəlilova, İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin Baş məsləhətçisi Əliyev Mehman müəllim, bir çox idarə və təşkilatlar, 1və 2  saylı baxçalar, 01 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbirin bədii hissəsində, Azərbaycanda Kitabxanaların rolu və kitab oxumağın əhəmiyyəti haqqında danışıldı. Həmçinin tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü geniş məruzə ilə qeyd edildi. Tədbirin 2-ci hissəsində məktəb və baxça şagirdləri şeirlər və rəqslərlə çıxış etdilər. Kitabxananın direktoru  Şəhla xanım Abdullayeva tədbirlərimizdə fəal iştirak edən baxça müdirləri və məktəb direktorlarına diplom və hədiyyələr təqdim etdi. Tədbirin sonunda Kitabxananın fəal oxucuları fəxri fərman və hədiyyələrlə təltif olundu.

Keçidlər