Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılıb

14 yanvar 2019 | 16:00

Samuxda 76 arıçının 1736 arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılıb. Hər arı ailəsinə 10 manat məbləğində yardımın edilməsi arıçıların bu sahəyə olan marağını artırır.
Samuxun Ziyadlı kənd sakini Abbas İbrahimov hər il saxladığı arı ailələrini yaz və payız fəsillərində dağ ətəyi rayonlara, eləcə də aran bölgəsinə aparır. Arı yeşiklərinin düzəldilməsi və arıya şirə verilib dərmanlama işləri də müəyyən xərc tələb edir. Dövlət tərəfindən maddi köməyin göstərilməsi isə arıçının məsrəflərini qarşılamağa imkan verir. 
Abbas İbrahimov arıçı:   “Subsidyalar barədə bizi dekabr ayında qeydiyyata aldılar. 49 arı ailəm var, 490 manat pul aldım. Üç gün bundan əvvəl mən subsidsiyanı almışam. Subsidyaların verilməsi bizə dayaqdı”.
Əvəz Hacıyev arıçı:  “Dekabr ayında qeydiyyatdan keçmişik. 220 manat vəsait almışam, onun da 200 manatını arıya xərcləmişəm. Dövlət arıçıların arxasındadır. Arıçılığın inkişafı indən belə daha geniş olacaqdı”.
Rayonda arı ailələrinin sayı dəqiqləşdirilərək hər bir arı yeşiyinin üzərinə xüsusi lövhələr vurulub.
Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: “Hər bir arı pətəyinə biz löhvə vururuq. Bu ümumilikdə ölkədə olan uçotunun dəqiqləşdirilməsi üçün çox vacib olan addımdır. Bu gün 50 arı pətəyi olan arıçı 500 manat dövlətdən əlavə vəsait alır, bu onun arıya çəkdiyi məbləğin böyük bir hissəsinin ödənməsinə səbəb olur. Gələcəkdə həmin arı ailələrinin artımına, balın istehsalının artımına səbəb olacaq. Məhsullarımız artıqca ixrac kimi xarici ölkələrə satmaq imkanı qazanacağıq ki, bu da sonda azərbaycan kəndlisinin maddi rifah halının yüksəlməsinə səbəb olacaq”.
Arı ailələrinə verilən subsidsiya ildə bir dəfə olmaqla 5 il ərzində veriləcək. Ötən il Samuxda 6 min 680 kq bal istehsal olunub.

 

Natiq Hüseyn

Keçidlər