Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 6 min hektardan çox payızlıq taxıl səpini aparılıb

18 dekabr 2018 | 16:00

Samux rayonunun təsərrüfatlarında bu günədək 6 min 229 hektar sahədə payızlıq taxıl səpini aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq taxıl səpininin 2 min 856 hektarı buğda, 2 min 708 hektarı dən üçün arpa, 665 hektarı isə xəsildir.
Taxıl səpininin 154 hektarı dövlət, 1956 hektarı qeyri-dövlət, 4 min 119 hektarı isə əhali təsərrüfatlarını əhatə edir.
Samux, 18 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər