Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda pedaqoji mühazirələrin rayon mərhələsi keçirilib

14 dekabr 2018 | 16:00

Samux rayon ümumtəhsil məktəblərinin müəllimləri üçün pedaqoji mühazirələrin rayon turu keçirilib.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.
14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmrinə əsasən “Təhsildə keyfiyyət ilinin davamı, ümumi təhsil sahəsində2018-2019-cu tədris ilinin prioritetfəaliyyət istiqamətləri” çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də Pedaqoji mühazirələrin “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr edilib.
Samux rayon ümumi təhsil məktəbləri üzrə “Pedaqoji mühazirələr”in rayon mərhələsində hər məktəbdən müxtəlif ixtisas müəllimləri iştirak edib. Hər müəllim tədris etdiyi ixtisas üzrə qeyd edilən mövzu ətrafında 4-7 dəqiqə əhatəsində mühazirəsi ilə çıxış edib. Çıxışlar həm foto həm də video lentə alınıb.
Qeyd edək ki, “Pedaqoji mühazirələr”in rayon mərhələsi dekabr ayının 14-də bitəcək və tərkibi Samux Rayon Təhsil Şöbəsinin müxtəlif vəzifəli şəxslərindən ibarət olan komissiya üzvləri tərəfindən müzakirə ediləcək.

Keçidlər