Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon ümumi təhsil məktəbləri istiliklə təmin olunub

18 dekabr 2018 | 16:00

Samux rayon Təhsil Şöbəsinin tabeliyində 35 ümumi təhsil məktəb fəaliyyət göstərir. Qış mövsümünə keçidlə əlaqədar olaraq həmin bu məktəblərin hər biri noyabr ayının 15-dən etibarən istiliklə təmin olunub. Belə ki, 35 məktəbdən 18-i mərkəzləşdirilmiş, 17 məktəb isə fərdi (avtonom) istilik sistemləri vasitəsi ilə qızdırılır.
Qeyd edək ki, 17 fərdi istilik sistemi ilə qızdırılan məktəbdən 5-i dizel yanacağı, 12 məktəb isə odun və elektrik enerjisi ilə, həmçinin mərkəzləşdirilmiş istilik sistemi vasitəsi ilə qızdırılan məktəbdə isə qazdan istifadə olunur. Yaxın illərdə bir sıra fərdi istilik sistemləri ilə qızdırılan məktəblərin də mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunması gözlənilir.

Keçidlər