Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” ilə əlaqədar təbir keçirildi

12 noyabr 2018 | 16:00

YAP Samux rayon təşkilatının akt zalında “12 Noyabr – Konstitusiya Günü” münasibətilə tədbir keçirilmişdir.  Yığıncaqda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Konstitusiyanın tarixindən, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından, onun əhəmiyyətindən və hər bir Azərbaycan vətəndaşı üçün yaratdığı imkanlardan danışdı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya Komissiyasının yaradılmasını və 12 noyabr 1995-ci il tarixdə keçirilən referendumla Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsini və onun əhəmiyyətini qeyd etdi.
“Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin hüquqi dayağıdır” mövzusunda məruzə ilə çıxış edən Samux Rayon məhkəməsinin sədri Nizami Hümbətov Azərbaycanın müstəqillik əldə etdikdən sonra yeni konstitutsiyanın hazırlanmasının zərurəti yarandığını. Bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin özünun sədrliyi ilə xüsusi komissiya yaratdığını. 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalqın iradəsi ilə yeni kostitutsiya qəbul olundu. Bununla da Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi əsası qoyuldu. Azərbaycan Respublikasının Konstitutsiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiya hər bir vətəndaşın cəmiyyətdə, idarəçilikdə mövqeyinin, hüquqlarının, mənafeyinin təminatçısı, onun azadlıqlarının real, həm də yeganə qarantıdır.
Tədbirdə çıxış edən digər natiqlər də öz çıxışlarında Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri əhatə etdiyini xüsusi vurğuladılar.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı bir daha Azərbaycanın Konstitusiyasının və digər qanunlarının hər bir Azərbaycan vətəndaşı üçün böyük imkanlar yaratdığını qeyd etdi  və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Keçidlər