Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəblərində “Beynəlxalq Məktəb Kitabxanaları Günü” qeyd edilib

25 oktyabr 2018 | 16:00

“Beynəlxalq Məktəb Kitabxanaları Günü” Ölkənin bütün bölgələrində olduğu kimi Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində də qeyd edilib. Keçirilmiş tədbirlərdə şagirdlərə kitab oxumağın faydaları və bunu vərdiş halına salmağın onların gələcək həyatlarındakı dünyagörüş və sağlam düşüncə qabiliyyətlərinə müsbət təsiri və başqa müsbət faydaları haqqında məlumat verilib. Tədbirlərin gedişatında şagirdlər tərəfindən qeyd edilən günlə bağlı müxtəlif şəkillər, seir və çıxışlar təqdim edilib.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd müəllimlər tərəfindən uşaqların kitab və kitabxananın dəyərini anlaması olub.
Qeud edək ki, 1999-cu ildən etibarən UNESCO-nun təşəbbüsü ilə “Beynəlxalq Məktəb Kitabxanaları Günü” təsis edilib.
2008-ci ildən etibarən isə bu gün bir ay ərzində silsilə tədbirlərlə dünya ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. Bu tədbir hər bir məktəb kitabxanasına bir ay çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.

Keçidlər