Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib

06 oktyabr 2018 | 16:00

5 oktyabr 2018-ci il tarixdə YAP Samux rayon təşkilatının akt zalında “Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndərin rayonun Heydər Parkında ucaldılmış abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbiri giriş sözü ilə açaraq müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib.
Alı Qocayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdəSamux rayonunda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Tədbirdə Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək cari təhsil ilində 450 nəfər abituriyentin 211 nəfərinin ali və orta ixtisas məktəblərinə qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki ali məktəblərə qəbul olunanların 33 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdi Lamiyə Bədəlova ən yüksək, yəni 669 bal toplayıbdır.
Tədbirdə çıxış edən müəllimlərdən Gəray Bayramov, Almayə Həmzəyeva, Cəlalət Nəsibova təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, göstərilən qayğının nəticəsi olaraq son illər Samuxda 19-dan artıq məktəb tamamilə yenidən qurulub müəllim və şagirdlərin ixtiyarına verilib.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçilərinə Samux rayon İcra Hakimiyəti, YAP Samux rayon təşkilatı və Samux rayon Təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr verilib.

Keçidlər