Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxun təsərrüfatlarında 11 min hektara yaxın taxıl biçiləcək

13 iyun 2018 | 16:00

Samux rayonunda bu ilin məhsulu üçün 10 min 639 hektar sahədə taxıl biçini aparılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Samux Rayon Statistika İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, rayon üzrə əkilmiş taxıl sahələrindən 6 min 570 hektarı buğda, 4 min 69 hektarı isə arpadır. Artıq iyunun 4-dən taxıl biçininə başlanılıb. Bununla bağlı olaraq təsərrüfatlara kifayət qədər texnika cəlb edilib. Hazırda 853 hektar taxıl sahəsindən 2 min 634 ton məhsul yığılıb. Sahələr üzrə məhsuldarlıq hər hektardan 30,9 sentner təşkil edir.
Son günlər respublikanın qərb ərazisində havanın yağmurlu keçməsi taxıl biçinini bir qədər ləngitsə də, sahələrdən bu il üçün bol məhsul gözlənilir. Samux, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər