Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məktəb komandaları arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

22 may 2018 | 16:00

May ayının 22-də Samux Rayon Təhsil Şöbəsi, Samux rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin dəstəyi ilə 28 May-Respublika günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” devizi altında məktəb komandaları arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd məktəblilərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda hərbi və idman oyunlarına olan marağın artırılması və asudə vaxtlarının səmərəli dəyərləndirilməsinə yardımçı olmaq olub.
Keçirilmiş yarışda ümumilikdə hər birində 4 nəfər olmaqla 20 tam orta məktəbi təmsil edən komandalar iştirak edib. Üç saatdan artıq davam edən yarışda komanda üzvlərinin hər birinə iki atış şansı verilib. Sonda hədəfi daha düzgün nişan alan Lək kənd tam orta məktəbin komandası 61 balla I yer, Şəhər 3 nömrəli tam orta məktəbin komandası 54 balla II yer və Şəhər 2 nömrəli tam orta məktəbin komandası 53 balla III yerə layiq görülüblər.
Qeyd edək ki, qalib komandalar may ayının 25-də 28 May-Respublika günü münasibəti ilə keçiriləcək tədbirdə mükafatlandırılacaq.

Keçidlər