Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı tədbir keçirilib

01 may 2018 | 16:00

Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbdə azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.
Tədbirin keçirilməsində məqsəd dahi Azərbaycan şairinin həyatı və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək və ədəbiyyat fənninə marağın artırılması olub.
Çıxış edənlər Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan, poeziyamızda və dramaturgiyamızda romantizm ədəbi məktəbinin yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi, əsərləri ilə neçə nəslin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkar-pedaqoq olduğunu iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirin bədii hissəsində məktəblilər tərəfindən hazırlanmış Hüseyn Cavidin müxtəlif əsərlərindən səhnəciklər nümayiş etdirilib, şeirlər səsləndirilib,

Keçidlər