Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

26 aprel 2018 | 16:00

Aprel ayının 24-25 tarixlərində Samux rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat idman növü üzrə turnir həyata keçirilib.
100 nəfərdən artıq məktəblinin iştirak etdiyi yarış, İsveçrə sistemi üzrə “Swiss maneger” püşkatma proqramı ilə A və B qruplarında aparılıb.
Yarışın sonunda qruplar üzrə qalib gəlmiş idmançılar diplom, medal və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
Qruplar üzrə qalib gəlmiş idmançılar:

A qrupu üzrə:
Sübhan Tağızadə I yer;
Səmral Əliyev II yer;
Rabil İmamquliyev III yer.

B qrupu üzrə:
Elgün Qəhrəmanov I yer;
Elmir Qəhrəmanov II yer;
Vüsal Orucov III yer.

Keçidlər