Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxun 35 yaşayış məntəqəsindən 30-u qazlaşdırılıb

23 aprel 2018 | 16:00

Respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, Samux rayonunun kəndlərində də işlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda rayonun Alıuşağı kəndindəki yeni yaşayış massivinə təbii qazın verilməsi üçün qaz xətti çəkilir.

Görüləcək işlər çərçivəsində yaşayış massivinə 90 millimetrlik 980 metr və 63 millimetrlik 100 metr polietilen boru, həmçinin 57 millimetrlik 4 min metr dəmir boru çəkiləcək. Layihə çərçivəsində 270 nəfər abonentə təbii qazın verilməsi nəzərdə tutulsa da, gələcək tələbatı nəzərə alaraq əraziyə 400 abonentlik qaz tənzimləyici qutu quraşdırılacaq.

Məlumat verilib ki, bu vaxta qədər 1 şəhər, 5 qəsəbə, 29 kənd olmaqla, rayon üzrə 35 yaşayış məntəqəsindən 30-nun qazlaşdırılması prosesi başa çatıb. Rayonda 14 min 371 abonentdən 13 min 645-i qazla təchiz edilib. Hazırda Samux rayonu üzrə qazlaşdırma 85,71 faiz təşkil edir.

Keçidlər